Türkiyənin Cumhuriyyet qəzetinin müxbiri Oğuz Güvən terrorizmi təbliğ etdiyinə görə 3 il həbsdə yatmalı olacaq. Türkiyənin Cumhuriyyet qəzetinin müxbiri Oğuz Güvən terrorizmi təbliğ etdiyinə görə 3 il həbsdə yatmalı olacaq.

Jurnalist sosial şəbəkədəki yazısına görə həbs edildi

Türkiyənin Cumhuriyyet qəzetinin müxbiri Oğuz Güvən terrorizmi təbliğ etdiyinə görə 3 il həbsdə yatmalı olacaq.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, jurnalistin təqib olunmasına səbəb Twitter-də paylaşdığı status olub.

Belə ki, Güvən öz statusunda yol qəzasında prokurorluq əməkdaşının həlak olduğunu yazıb. Bir dəqiqədən sonra statusu dəyişib "prokurorun dəhşətli qəzada öldüyünü" yazıb.

Amma Güvənin həbsinə onun yazdığı ilk status olub. Həlak olan prokurorluq əməkdaşı ABŞ-da Fətullah Gülən tərəfdarlarının işi ilə məşğul olurmuş.