23:23
(077) 610-22-33

Cinsini dəyişən məşhurlar- FOTOLAR

  • >
3 744 27 Fevral 2013 21:36 | Dünya

Kommunizmin kapitalizmə qarşı mübarizəsində “cinsiyyət izi”




Türkiyədə aktrisa Nil Erkoçların cinsini dəyişərək kişi olması cinsiyyət dəyişimi mövzusunu yenidən gümndəmə gətirb. Araşdırmalar dünyada təkcə sənətlə yox, həm də idmanla məşğul olan bir çox tanınmış şəxsin cinsini dəyişdirdiyini ortaya çıxarır.

Qadın atletləri kim kişi olmağa vadar etdi?

Bu barədə ilk dəfə olaraq daha açıq şəkildə 1986 – cı ildə danışılmağa başladı. Həmin il keçirilən Olimpiada oyunlarına məhz cinsiyyət dəyişikliyi damğasını vurdu. Məsələnin kökü isə 1980-cı illərdə kommunist Almaniyasına uzanırdı. Məjz bu ölkədə kapitalizmı qarşı mübarizə aparmaq üçün qadın idmançılara kişi hormonları köçürüldüyü barədə məlumatlar var. Qadın atlerlər idmandan ayrıldıqdan bir neçə il sonra məhz bu hormanlar nəticəsində cinsini dəyişdirmək məcburiyyətində qaldılar. Berlin divarı yıxıldıqdan sonra onlarla qadın idmançı bu barədə mətbuata açıqlama verərək məhkəməyə müraciət etdi.

Alman kəşfiyyatının dopinq layihəsi

Qəbul etdikləriu tetosteron səbəbi ilə cinsini dəyişən idmançılar "Jenapharm" adlı dərman firmasına 2.6 milyon avroluk təzminat tələbi ilə məhkəməyə üz tutdular. Atletlərin bu açıqlaması ilə atletizm və atıcılıq kimi idman növlərində alman qadınlarının qələbələrinin sirri də ortaya çıxdı. 1986-cı il Olimpiada oyunlarında güllə atıcılığında rekorda imza atan və 8 il əvvəl cinsini dəyişən Heidi (Andreas) Krieger 800-ə yaxın idmançının eyni problemlərlə qarşılaşdıqlarını bildirdi. "The Times" qəzetinə müsahibəsində o, 15 yaşından etibarən "Turinabol" adlı dərmanı qəbul etdiyini və 2 il içində aldığı dərman miqdarını 3 dəfə artırdığını vurğulayıb: "Səsimin qalınlaşması, üzümdə tüklərin çıxması məni narahat etmirdi. Kapitailzmə qarşı kommunizmi daha da yüksəltmək tapşırığı almışdıq. Alman kəşfiyyatı oyunlarda dopinq testindən normal çıxmağımız üçün "Komplex 08" adlı bir layihə həyata keçirirdi".

Məhkəmə illərlə davam edəcək

Bu dərmanların nəticəsində 8 il əvvəl cinsini dəyişərək kişi olmaq məcburiyyətində qalan atletlə bərabər 1980-cı ildə 400 metr məsafəyə üzməkdə qızıl medal qazanan Petra Schneider, arxası üzrə üzməkdə onlarla rekordu təzələyən Rica Reinisch kimi qadın idmançılar da məhkəməyə müraciət etmişdilər. Şirkətə açılan məhməkə işi uzun illər davam edə bilər.

Hansı qadınlar kişi oldu?

1983-cü ildə 800 metrəyə qaçmaqda qələbə qazanan Jarmila Kratochvilova da cinsini dəyişib. Başqa bir idmançı, sərbəst üzmədə rekorda imza atan Karen Koenig də bu sıradadır. Siyahıda adı olan, həvəskar komandada futbol oynayan Karen Günsh cinsini dəyişdikdən sonra futboldan uzaqlaşdırıldı. Amerika beysbol liqinin oyunçusu Cammilia Sune də cinsini dəyişərək kişi olub. Bu siyahıda üzşüçü Claudia Charriezin də adı var.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X