Alimlər polisaxaridli vərəm törədici markerin yeni deteksiya üsulunu kəşf ediblər. Bunu sidiyin analizinə əsasən təyin etmək mümkün olacaq. Alimlər polisaxaridli vərəm törədici markerin yeni deteksiya üsulunu kəşf ediblər. Bunu sidiyin analizinə əsasən təyin etmək mümkün olacaq.

Vərəmi sidiyin analizinə görə təyin etmək olacaq

Alimlər polisaxaridli vərəm törədici markerin yeni deteksiya üsulunu kəşf ediblər. Bunu sidiyin analizinə əsasən təyin etmək mümkün olacaq.

AzNews.az Azərtaca istinadla xəbər verir ki, bu üsulun əsasını kimyəvi kompleksi birləşdirən yeni polisaxarid təşkil edir. O, sidiklə inkubasiya edilən, sonradan onu ayırmaq mümkün olan nanohissəciklərə əlavə edilib. Bu üsulun köməyi ilə həm xəstəliyin mövcudluğunu, həm də onun ağırlıq dərəcəsini aydınlaşdırmaq mümkündür.

Əvvəllər bu üsulla böyrək zədələnmələri olan pasiyentlərdə xəstəliyin mövcudluğu aşkar edilib. Lakin bu üsulun işlənib hazırlanması İİV-li (İnsanın İmmunçatışmazlığı Virusuna yoluxmuş) pasiyentləri (bütün vərəm xəstələrinin sayının 15 faizi) üçün də testi dəqiqləşdirməyə imkan verib. Sınaqlarla Virciniya ştatının (ABŞ) Corc Meyson Universitetindən olan elmi mütəxəssislər məşğul olublar. Nəticədə onlar sidiyin analizi vasitəsilə vərəmi təyin etməyə nail olublar.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, milyonlarla insanda vərəm müşahidə olunub. İldən-ilə bu göstərici daha təhlükəli olur, çünki bu dəhşətli xəstəlik ucbatından hər il milyondan artıq insan dünyasını dəyişir. Yeni üsul xəstəliyi daha tez təyin etməyə və onun daha uğurlu müalicəsinə şərait yaradacaq.