ABŞ-ın Detroyt şəhərinin yaxınlığında Yer səthinə yaxınlaşan kiçik meteorid havada partlayıb. ABŞ-ın Detroyt şəhərinin yaxınlığında Yer səthinə yaxınlaşan kiçik meteorid havada partlayıb.

Meteoridin partlayışı ABŞ-da zəlzələ yaratdı - Video

ABŞ-ın Detroyt şəhərinin yaxınlığında Yer səthinə yaxınlaşan kiçik meteorid havada partlayıb.

AzNews.az xəbər verir ki, "publika"nın məlumatına görə, partlayış Rixter cədvəli üzrə 2 ballıq zəlzələnin baş verməsinə səbəb olub.

Sakinlər partlayışı əvvəlcə güclü ildırım kimi qəbul ediblər. Ancaq ABŞ-ın Milli Meteoroloji Xidmətinin mütəxəssisləri onun kiçik meteorid olduğunu bildiriblər.

Bu, sonradan Amerika Geoloji Xidmət tərəfindən də təsdiqlənib. Mümkün dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Hadisənin görüntüləri internetdə yayımlanıb.