Dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün də davam edir. Dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün də davam edir.

Güclü külək İstanbul və İzmiri "qarışdırdı"

Dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün də davam edir.

Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb.

Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib.

Eyni zamanda Türkiyənin İzmir şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. Burada güclü küləyın şəhərin sahillərində fəsadlara yol açdığı bildirilir.

Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək(trend).

AzNews.az