Misirin inzibati məhkəməsinin təftiş komitəsi Hüsnü Mübarəki və onun iki oğlunu 1 milyard funtdan (150 milyon dollardan) artıq dövlət büdcəsi vəsaitini mənimsəməkdə günahlandırır Misirin inzibati məhkəməsinin təftiş komitəsi Hüsnü Mübarəki və onun iki oğlunu 1 milyard funtdan (150 milyon dollardan) artıq dövlət büdcəsi vəsaitini mənimsəməkdə günahlandırır

Hüsnü Mübarək 150 milyon dollar oğurlayıb

Misirin inzibati məhkəməsinin təftiş komitəsi Hüsnü Mübarəki və onun iki oğlunu 1 milyard funtdan (150 milyon dollardan) artıq dövlət büdcəsi vəsaitini mənimsəməkdə günahlandırır




"Əldə edilən yeni məlumatlar göstərir ki, Mübarək və onun oğulları Qamal və Alyanın şəxsi məqsədlərlə istifadə etdikləri dövlət vəsaitlərinin ümumi məbləği ən azı 1 milyard funta (150 milyon dollar) bərabərdir",- bu barədə çərşənbə axşamı Misir məhkəmə təftiş orqanının yaydığı xəbərdə bildirir

Verilən məlumata görə, Mübarək və onun oğulları uzun illər fəaliyyət göstərən korrupsiya sxeminin iştirakçısı olublar. Dövlət başçısının qərargahının təmirinə və bərpasına yönəldilmiş büdcə vəsaitləri təyinatı üzrə xərclənməyib və Mübarək ailəsinin şəxsi hesablarına köçürülüb. Məhkəmə təftiş orqanının iddiasına görə, nəzarət orqanlarına görülən işlər barədə saxta podrat sənədləri təqdim edilirmiş. Orqan iddia edir ki, sonra həmin pullar keçmiş prezident və onun yaxınları tərəfindən əmlak tikintisinə və satınalınmasına yönəldilib.

AzNews.az