06:02
(077) 610-22-33

Bu ölkələr Çavesə ağlayır- VİDEO

  • >
507 6 Mart 2013 21:09 | Dünya

Uqo Çavesin ölümü ilə bağlı bəzi ölkələrdə matəm elan olunub



Uqo Çavesin ölümü bütün Venesuelanı sarsıdıb. Ölkənin küçələri Çavesin tərəfdarları ilə dolub. ANS PRESS-in verdiyi xəbərə görə, əllərində plakatlar tutan adamlar hönkürə-hönkürə ağlayaraq küçələrə çıxıblar.

Venesuellanın vitse-prezidenti Nikolas Maduro xalqı bu faciəvi hadisəyə dözümlü olmağa və birləşməyə çağırıb. Venesuelada 7 günlük matəm elan olunub. Latın Amerikası ölkələrində - Kuba, Argentina və Ekvadorda 3 günlük mətəm elan olunub. Braziliya, Boliviya, Argentina, Uruqvay və Peru prezidentləri yaxın vaxtlarda Çavesin ölümü ilə bağlı Karakasa gələcəklərini bəyan ediblər.

"Komsomolskaya pravda"nın yazdığına görə, Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı dövlət bayraqlarının endirilməsinə göstəriş verib. Belarus xalqının da ölümlə bağlı mətəm saxladığı bildirilir.




AzNews.az
Bağla X