Mexiko meri Anhel Mansera sentyabrdakı dağıdıcı zəlzələdən sonra şəhərin bərpasının 6 il çəkəcəyini bildirib. Mexiko meri Anhel Mansera sentyabrdakı dağıdıcı zəlzələdən sonra şəhərin bərpasının 6 il çəkəcəyini bildirib.

Mexiko meri zəlzələdən sonra şəhərin bərpasına çağırdı

Mexiko meri Anhel Mansera sentyabrdakı dağıdıcı zəlzələdən sonra şəhərin bərpasının 6 il çəkəcəyini bildirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 2017-ci ilin sentyabrın 19-da Meksikada yüzlərlə insanın öldüyü güclü zəlzələ olub. Ölənlərdən 228-i Mexikodan idi.

Meksika prezidenti Enrike Pena Nieto bərpa üçün 48 milyard pesonun (2,5 milyard dollardan çox) lazım olduğunu bildirib.

Mexiko meri isə bildirib ki, bərpa işləri bir-iki aylıq iş deyil, bu 5-6 il çəkə biləcək bir prosesdir.

Ümumilikdə, zəlzələ nəticəsində ölkədə 16,1 min təhsil müəssisəsi zədələnmiş, onların təxminən 300-ü yararsız hala düşmüşdür. 180,7 min mənzil zərər görmüş, onlardan 50,6 mini tamamilə dağılmışdır.