Filippin prezidenti Rodriqo Duterte, orduya ABŞ-ın tələbi ilə Yaxın Şərqdəki münaqişələrdə iştirak etməyi qadağan edib. Filippin prezidenti Rodriqo Duterte, orduya ABŞ-ın tələbi ilə Yaxın Şərqdəki münaqişələrdə iştirak etməyi qadağan edib.

Filippin prezidenti orduya qadağa qoydu

Filippin prezidenti Rodriqo Duterte, orduya ABŞ-ın tələbi ilə Yaxın Şərqdəki münaqişələrdə iştirak etməyi qadağan edib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, prezidentin qərarı Küveytdə işləməyə gedən bir filippinli qızın öldürülməsi ilə bağlıdır.

Filippin prezidentinin sözçüsü Harri Rokun bildirdiyinə görə, filippinli hərbçilər miqrantların hüquqlarını tanıyan ölkələrdə xidmət edə bilərlər. Rok həmçinin, Filippin rəhbərliyinin Küveytdə filippinli qızın öldürməsi ilə bağlı şübhəlilərin təqibinin davam etdirilməsində qərarlı olduğunu bildirib.

Qeyd edək ki, hazırda 10 milyon filippinli xaricdə işləyir, onların əksəriyyəti isə xidmət sektorunda fəaliyyət göstərir.