14:45
(077) 610-22-33

Kilsənin bir addımlığında mavilərin saunası

  • >
387 13 Mart 2013 21:46 | Dünya

Kilsənin mülkiyyəti olan ərazidə belə bir halın varlığı Vatikanda böyük səs-küy yaradıb




Məlum olub ki, kardinallar "mavilər" üçün nəzərdə tutulan saunanın düz yaxınlığında yaşayır. 76 yaşlı kardinal İvan Diasın mənzili bu saunanın əsas girişinin bir neçə addımlığında yerləşir. Yaxınlıqda isə digər kilsə xadimlərinin yaşadığı daha 18 ev var.

Saunanın saytında isə kilsə xadimlərindən reklam çarxında istifadə edilir. Bir nəfər əynindəki kilsə xadiminin geyimini soyunaraq öz cismini və ruhunu açmaq istədiyinin mesajını verir.
Maraqlıdır ki, bu məkan da müqəddəs şəhərin bir hissəsidir. Berluskoni hökumətinin genişqəlbliliyi sayəsində kilsə xadimləri böyük vergilərdən azad ediliblər. Kilsənin mülkiyyəti olan ərazidə "mavi-saunanın" olması isə Vatikanda seçki öncəsi daha böyük səs-küyün yaranmasına səbəb olub.

Elnur
AzNews.az
Bağla X