- Köhnə - Dünya
- 26 May 2018 22:01
- 2 205
Misirdə “YouTube” videohostinqini bağladılar
Misirin Ali İnzibati Məhkəməsi Məhəmməd peyğəmbərin həyatı haqqında müsəlmanların dini inancını təhqir edən filmi yayan “YouTube” videohostinqinin bir ay müddətinə bağlanmasına dair aşağı məhkəmə instansiyasının qərarını təsdiq edib.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, misirli vəkil Məhəmməd Həmid Salim peyğəmbərin həyatı haqında təhqiramiz kadrları ləğv edənədək “YouTube”un ölkə ərazisində bağlanması tələbi ilə məhkəməyə müraciət edib.
AzNews.az