- Köhnə - Dünya
- 18 İyun 2018 12:56
- 3 303
Bayram günlərində Türkiyədə 67 nəfər yol qəzalarının qurbanı oldu
Ramazan bayramı günlərində Türkiyə ərazisində 87 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, iyunun 14-dən 18-dək baş verən qəzalarda 67 nəfər həyatını itirib, 341 nəfər yaralanıb.
Qeyd edək ki, həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq, Türkiyədə bayram tətillərində ağır yol-nəqliyyat hadisələri baş verir.
AzNews.az