- Köhnə - Dünya
- 16 İyul 2018 10:35
- 2 073
Gürcüstanda mədən qəzasında 4 nəfər ölüb
Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.
Trend-in məlumatına görə, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.
Qəzanın baş vermə səbəbləri məlum deyil.
Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.