Ermənistanda bu ilin turist axını ilə bağlı problemlər yaşanıb. Ermənistanda bu ilin turist axını ilə bağlı problemlər yaşanıb.

Ermənistanda turist qıtlığı

Ermənistanda bu ilin turist axını ilə bağlı problemlər yaşanıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu il ölkəyə turistlərin səfəri gözlənildiyindən çox aşağı göstəricilərə malik olub.

“Bu ölkədə istirahətin çox baha başa gəlməsi ilə əlaqədardır. Misal üçün Antalya və Misir kimi dənizkənarı kurortlarda kompleks qiymətləri bura ilə müqayisədə yüksək otel və aviabilet qiymətləri səbəbi ilə daha ucuzdur” - Rima Travel agentliyinin rəhbəri Rima Xaçatryan bildirib.

Onun sözlərinə görə ermənilərin böyük əksəriyyəti yenə qiymətlərin ucuzluğuna görə Gürcüstanda istirahət edir.

“Niyə Gürcülər yayda Ermənistana gəlmir? Biz bu sualı özümüzə verməliyik” – o, qeyd edib.

O həmçinin yolların acınacaqlı olmasından şikayətlənərək yolçuların öz həyatlarına görə narahat olduqlarını bildirib.

AzNews.az