Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Kansleri Angela Merkellə telefon danışığı olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Kansleri Angela Merkellə telefon danışığı olub.

Ərdoğanla Merkel arasında telefonla danışığı - Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Kansleri Angela Merkellə telefon danışığı olub.

AzNews.az-ın məlumatına görə, tərəflər başda Suriya olmaqla regional məsələləri müzakirə ediblər. Merkel telefon söhbətində Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün də əlverişli olduğunu bir daha vurğulayıb.

Ərdoğanla Merkelin sentyabrın sonunda Berlində görüşü də planlaşdırılıb. Bu yaxınlarda isə xəzinə və maliyyə naziri Berat Albayrakın alman həmkarı ilə görüşü keçiriləcək.

***

14:15

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkənin ABŞ-a qarşı atdığı addımların effekti ilə bağlı açıqlama verib.

AzNews.az “Milliyet”ə istinadən bildirir ki, o, bu gün Ərdoğanın Almaniya kansleri Angela Merkel, sabah isə Fransa prezidenti Emmanuel Makronla telefon söhbəti edəcəyini qeyd edib.

Sözçü “görülmüş tədbirlər nəticəsində yaxşıya doğru dəyişiklik baş verir. Türkiyə heç bir ölkə ilə iqtisadi müharibəyə can atmır, lakin özünə qarşı hücum olduğu zaman da münasibətsiz qala bilməz” – deyə, vurğulayıb.

İ.Kalın Türkiyə iqtisadiyyatının sağlam əsaslara malik olduğunu, hazırda dünya üzrə ən güclü bank sisteminə sahib olan ölkələrdən birinin məhz öz ölkəsi olduğunu bildirib.

Nurlan AĞA
AzNews.az