Tanınmış aktyor Cim Kerri sosial media hesabında maraqlı paylaşım edib. O, üstündə amerikan bayrağı olan raketin şagirdləri daşıyan avtobusu vurması ilə bağlı foto paylaşaraq “40 məsum uşaq bir avtobusda öldürüldü. Bizim müttəfiqimiz. Bizim raketimiz. Bizim günahımız” – deyə, tvit atıb. Tanınmış aktyor Cim Kerri sosial media hesabında maraqlı paylaşım edib. O, üstündə amerikan bayrağı olan raketin şagirdləri daşıyan avtobusu vurması ilə bağlı foto paylaşaraq “40 məsum uşaq bir avtobusda öldürüldü. Bizim müttəfiqimiz. Bizim raketimiz. Bizim günahımız” – deyə, tvit atıb.

Məşhur aktyordan Trampa sərt ittiham

Tanınmış aktyor Cim Kerri sosial media hesabında maraqlı paylaşım edib. O, üstündə amerikan bayrağı olan raketin şagirdləri daşıyan avtobusu vurması ilə bağlı foto paylaşaraq “40 məsum uşaq bir avtobusda öldürüldü. Bizim müttəfiqimiz. Bizim raketimiz. Bizim günahımız” – deyə, tvit atıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəməndə içində şagirdlər olan avtobusu hədəf alaraq vurması nəticəsində 40 uşaq həlak olmuşdu.

Məlum olub ki, hücum zamanı istifadə olunmuş “MK-82” tipli bombanın satışına Donald Tramp razılıq verib.

Obamanın prezidentliyi dövründə insan haqlarının pozulması səbəbi ilə lazer bombalarının satışı qadağan olunsa da, Tramp hakimiyyətə gəldikdən sonra bu qadağa aradan qaldırıldı.

Nurlan AĞA
AzNews.az