İsveçin Twitter-dəki rəsmi hesabının idarə olunması 25 yaşlı tələbə olan Mehmet Murat Doğana həvalə olunub. İsveçin Twitter-dəki rəsmi hesabının idarə olunması 25 yaşlı tələbə olan Mehmet Murat Doğana həvalə olunub.

İsveçin idarəsi türk tələbəyə tapşırıldı

İsveçin Twitter-dəki rəsmi hesabının idarə olunması 25 yaşlı tələbə olan Mehmet Murat Doğana həvalə olunub.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Doğan @sweden adlı 151 min nəfər izləyiciyə malik hesabı bu gün səhərdən etibarən öhdəsinə götürüb.

Mehmet Murat iki ildir ki, İsveçdə təqaüdlə magistratura təhsili alır. İsveçin Twitter hesabının hər həftə bir nəfər tərəfindən idarə olunduğunu qeyd etmiş türk tələbə İsven İnstitutunun bu həftə də onu seçdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu hadisə Mehmet üçün böyük bir sürpriz olub.

Qeyd edək ki, hər həftə bir nəfər tərəfindən idarə olunan hesabda seçilmiş şəxs öz adını və fotosunu yükləyərək paylaşımlar edir.

Nurlan AĞA
AzNews.az

image description