ABŞ-ın Ermənistandakı səfirliyi yerli hüquq mühafizə qurumlarının apardığı 1 mart hadisələri ilə bağlı cinayət işində adı hallanan bir sıra şəxslərin vizalarını ləğv edib. ABŞ-ın Ermənistandakı səfirliyi yerli hüquq mühafizə qurumlarının apardığı 1 mart hadisələri ilə bağlı cinayət işində adı hallanan bir sıra şəxslərin vizalarını ləğv edib.

Cinayət işində adı hallananların ABŞ vizaları ləğv olunub - Ermənistanda korrupsiya tüğyan edir

ABŞ-ın Ermənistandakı səfirliyi yerli hüquq mühafizə qurumlarının apardığı 1 mart hadisələri ilə bağlı cinayət işində adı hallanan bir sıra şəxslərin vizalarını ləğv edib.

AzNews.az xəbər verir ki, “Report”un “Joğovurd” qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra istər əvvəlki iqtidarın, istərsə də kriminal aləmin nümayəndələri həm ölkə daxilində, həm də xaricdə çətin vəziyyətə düşüblər: “Onların bir çoxu hüquq mühafizə orqanlarının diqqət mərkəzinə düşməmək üçün xaricə getməyi üstün tuturlar. Hətta bəziləri çox rahat şəkildə ABŞ-da məskən salıb”.

Qəzet yazır ki, vizaları ləğv edilənlər həm 1 mart cinayət işi ilə bağlı olanlar, həm də ümumiyyətlə, korrupsiya əməlləri ilə ifşa olunan şəxslərdir.

AzNews.az