ABŞ-ın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İrana qarşı sərt ittihamlar səsləndirib. ABŞ-ın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İrana qarşı sərt ittihamlar səsləndirib.

İran İraqda aranı qarışdırır - ABŞ-dan sərt ittiham

ABŞ-ın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İrana qarşı sərt ittihamlar səsləndirib.

AzNews.az xarici KİV-ə istinadən yazır ki, bu haqda daimi təmsilçi BMT Təhlükəsizlik Şurasının Fələstinə həsr olunmuş Orta Şərq konfransında deyib. O, Orta Şərqdə münaqişə və qeyri-stabillik yaradan yeganə ölkənin İsrail yox, İran olduğunu bildirib.

“İranın İraqdakı məqsədi Tehrandan Aralıq dənizinə göndəriləcək silah və hərbi qüvvə üçün özünün nəzarətində olan mərkəz qurmaqdır”, - deyən N.Haley İranın İraq torpaqlarına təcavüz etdiyini dilə gətirib.

O, İranın gücsüz vəziyyətdə olan İraqdan terror planlarının inkişaf etdirilməsi üçün istifadə etmək istədiyini bildirib.

Nurlan AĞA
AzNews.az