Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub. Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub.

Pakistanda terrorçularla toqquşma - Ölənlər var

Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub.

AZƏRTAC Pakistan mətbuatına istinadən xəbər verir ki, sərhədçilər bir qrup terrorçunun Əfqanıstandan Pakistan ərazisinə keçməsi ilə bağlı məlumat aldıqdan dərhal sonra onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyata başlayıb.

Məlumatda deyilir ki, atışmada doqquz terrorçu öldürülüb və onların tam zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.

AzNews.az