Sudan prezidenti Ömər əl-Bəşir ölkənin bütün siyasi məhbuslarının azad ediləcəyini bildirsədə nə qədər siyasi məhbusun azadlığa buraxılcağı barədə hələ dəqiq məlumat yoxdur Sudan prezidenti Ömər əl-Bəşir ölkənin bütün siyasi məhbuslarının azad ediləcəyini bildirsədə nə qədər siyasi məhbusun azadlığa buraxılcağı barədə hələ dəqiq məlumat yoxdur

Prezident siyasi məhbusları azad edəcək

Sudan prezidenti Ömər əl-Bəşir ölkənin bütün siyasi məhbuslarının azad ediləcəyini bildirsədə nə qədər siyasi məhbusun azadlığa buraxılcağı barədə hələ dəqiq məlumat yoxdur



Parlamentin açılışında çıxış edən Sudan Prezidenti hökumətə həmçinin bütün qruplar ilə "milli dialoq"a getməsi haqqında tapşırıq verdiyini və Sudanda fərdlərin və qrupların ifadə azadlıqlarının qorunacağına zəmanət veriləcəyini vurğulayıb.

Sudan Prezidentini bu addımı atmağa vadar edən Cənubi Sudanla münasibətləri yaxşılaşdırmaq üçün gərginliyin artması olub.

"Human Rights Watch"Sudan Prezidentinin bəyanatının ölkədə baş verən milli təhlükəsizlik qanunları adı altında özbaşına həbs və işgəncələrə son qoyulmasına səbəb olacağını bildirsədə, siyasi şərhçilər hökumətin siyasi məhbusları necə təyin edəcəyini, üsyançıların və hal hazlrda siyasi çevrilişə cəhdən mühakimə edilən hökumət rəsmilərinin də bu siyahıya əlavə ediləcəyinin məlum olmadığını bildiriblər.

Xatırladaq ki, Sudan 2011-ci ildə Cənubi Sudanın müstəqillik qazanmasından sonra ciddi təhlükəsizlik problemleri ilə üzləşmişdi.

Şamxal Əbilov
AzNews.az