14:03
(077) 610-22-33

Bu uşaq 13 yaşında ata oldu - VİDEO

  • >
799 18 May 2013 17:20 | Dünya

Alfie Pattenin özündən 3 yaş böyük sevgilisindən uşağı olub. Uşaq-ata sevglisi Chantelle Steadmanın hamilə olduğunu öyrəndikdə həm təəccübləndiyini, həm pis olduqlarını, həm də uşağı dünyaya gətirəcəklərini bildirib. Balaca ana isə hamilə olduğunu öyrənəndə "Ailəmiz bu vəziyyəti bilsə bizi öldürəcək" deyə ağlayıb. Onlar 6 həftə boyunca bu sirri valideynlərindən gizlədiblər.

"Bir uşağa sahib olmağın yaxşı hiss olduğunu düşündüm. Bundan sonrasının necə olacağı barədə heç bir fikrim yoxdur. Cibimdə xərcliyim belə yoxdur.Atam hər gün mənə 10 sterlin pul verir" deyən uşaq-ata övladına necə baxacağını bilmir.

A.Pattenin atası 45 yaşlı Dennis Patten isə oğlunun bu anormal hərəkətini hələ də dərk etmədiyini bildirib. Sonda qeyd edək ki, dünən xəstəxanadan çıxarılan balaca valideynlər uşaqlarına Maisiedir adı veriblər.

AzNews.az

Bağla X