04:22
(077) 610-22-33

Hərbçini öldürən cinayətkarın VİDEOSU

  • >
377 23 May 2013 09:03 | Dünya

İslamçı olduğu ehtimal edilən qaradərili cinayətkar qətli müsəlmanlara görə törətdiyini deyib




CNN Londonda küçənin ortasında hərbçini öldürən şəxslərin videosunu yayıb. Hadisə şahidinin lentə aldığı kadrlarda hücumçulardan biri olan qaradərili gənc onun müraciətinin lentə alınmasını xahiş edir. O, qətli nə üçün törətdiyini açıqlayır və bunun səbəbinin hər gün müsəlmanların öldürülməsi olduğunu deyir.

"Biz Allaha and içmişik ki, siz bizi rahat buraxmayanacan bu mübarizəni davam etdirəcəyik" - əlləri qan içində olan və bıçaq tutan şəxs belə deyir. O, həmçinin hadisə yerində olan insanları Britaniya hökumətini sıxışdırmağa və ondan öz qoşunlarını çıxarmağı tələb etməyə çağırıb. Qaradərili cinayətkarın kadrları yayıldıqdan sonra polis hücumun Nigeriya kontekstində araşdırılacağını istisna etməyib.

Londonda hərbçinin öldürülməsindən sonra polislə "İngiltərəni Müdafiə Liqası"nın fəalları arasında toqquşmalar olub. 100-ə yaxın fəal hərbçinin qətlə yetirildiyi Vuliç rayonunda toplaşaraq, etiraz aksiyası keçirib. Polis ona fişəng atan etirazçılara qarşı dəyənəkdən istifadə etməli olub.




AzNews.az
Bağla X