15:56
(077) 610-22-33

Qadın öldü, doğdu və dirildi - FOTO

  • >
490 27 May 2013 08:26 | Dünya

Amerikada hamilə qadın öldükdən sonra dünyaya övlad gətirib




Missuri ştatında 32 yaşlı müəllim Erika Miqrelli dərs vaxtı özünü pis hiss edib. Qadın "Elkins High School" məktəbində yuxarı siniflərə dərs deyirdi. Onun həyat yoldaşı Natan da həmin məktəbdə çalışırdı. Cütlük övlad gözləyirdi. Erika üç həftədən sonra doğmalı idi.

Erikanın həyat yoldaşı belə deyib: "Özünü pis hiss etdiyini eşitdim və dərhal sinfə qaçdım. Həyat yoldaşım yerdə uzanmışdi, ağzı köpüklənmişdi, nəfəsi çatmırdı".

Həmkarları dərhal təcili yardım çağırıblar. Həkimlər gələnə qədər həmkarları ona ilkin tibbi yardım göstəriblər, amma həkimlər gələndə artıq onun ürəyi dayanmışdı, nəfəsi gəlmirdi.

Həkimlər gəldikdə dərhal qeysəriyyə kəsimi edərək uşağı xilas etsələr də, ananı dirildə bilməyiblər. Dünyaya sağlam uşaq gəlib. Uşaq dünyaya gələndə artıq qadının ürəyi dayanmışdı, yəni o, faktiki olaraq ölü olub. Ancaq doğuşdan sonrakı hadisələr hamını heyrətə salıb. Qadının ürəyi döyünməyə başlayıb, tənəffüsü bərpa olub.

Qadın ölüb, ölü halda uşaq doğub, sonra yenidən dirilib. (milli.az)

AzNews.az
image description
Bağla X