19:39
(077) 610-22-33

Dünyanın ən nüfuzlu cütlükləri - FOTOSİLSİLƏ

  • >
637 28 May 2013 21:16 | Dünya

Tanınmış "Forbes" nəşri dünyanın ən nüfuzlu cütlüklərinin siyahısını açıqlayıb.


ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hər il dərc olunan siyahıya bu dəfə ABŞ prezidenti Barak Obama və onun xanımnı Mişel Obama başçılıq ediblər.

Nəşrin yazdığına görə, amerikalılar üçün Mişel Obama əri Barakdan daha nüfuzludur. Obama özü də bunu bilir və etiraf edir. Hətta çıxışlarından birində "Bütün Amerika mənim arvadıma mənim kimi vurulub" deyib.

"Forbes"in siyasında bütün sahələri əhatə edən cütlüklərin adları var. Bura siyasətçilər, media nümayəndələri, texnologiya və musiqi sahəsində tanınmışlar da daxil edilib.

Siyahıda ikinci yerdə ABŞ ən varlı adamı – Bill Qeytsin və onun həyat yoldaşı Melindanın adları var. Nəşr qeyd edir ki, onlar həmçinin dünyanın ən səxavətli cütlüyüdür. Yalnız keçən il xeyriyyə məqsədləri üçün cütlük 3.4 milyard dollar pul xərcləyib. Xərclənən vəsaitin böyük məbləği isə poliomelitlə mübarizəyə yönəldilib.

Siyahının üçüncüləri tanınmış repçi Jay-Z və onun həyat yoldaşı Beyonsdur. Nüfuzuna görə dördüncü yerdə Çin Xalq Respublikasının lideri Si Tszinpin və onun dəbdəbə ilə geyinən həyat yoldaşı Pen Liyuandır. Çinin birinci xanımı həmçinin keçmişdə xalq mahnılaırnın gözəl ifaçısı olub.

Nüfuzlarına görə beşlikdə həmçinin tanınmış Hollivud ulduzları Ancelina Coli və Bred Pittin adları var. Həmçinin siyahıya ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş ABŞ dövlət katibi Hillari Klintonun da adları var.

"Forbes"in nüfuzluları siyahısını Kraliça İİ Yelizaveta və onun yoldaşı Edinburq Hersoqu qapayırlar.

AzNews.az
Bağla X