17:21
(077) 610-22-33

PKK terrorçuları atəşkəsi pozdu

  • >
574 3 İyun 2013 20:11 | Dünya

Nəticədə hərbçilərdən biri yaralanıb



Türkiyədə atəşkəs razılmaşmasının pozulması nəticəsində bir hərbçi yaralanıb. Baş Qərargahın yaydığı məlumata görə, Şırnak – Uludere – Gülyazı bölgəsində, Şimali İraqla sərhəddə PKK terrorçuları atəşkəs rejimini pozub. İnsanların hədəf alınmadığı atəş nəticəsində yerdən sıçrayan daş hərbçilərdən birini yaralayıb.

Qeyd edək ki, atəşin açıldığı istiqamətə doğru kəşfiyyat əməliyyatı keçirən Türkiyə Silahlı Qüvvələrinin (TSK) "Kobra AH-1" helikopteri düşməni cavab atəşi ilə susdurub.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə hökuməti ilə PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan arasında aparılan danışıqlardan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub. (anspress)

AzNews.az
Bağla X