15:30
(077) 610-22-33

Məşhur gözəllər də aldadıldı - FOTOLAR

  • >
341 16 İyun 2013 17:02 | Dünya

Xarici mətbuat xəyanət edilən 10 qadının siyahısını açıqladı




Kişi və qadın münasibətlərində əksər hallarda tərəflərdən biri digərinə sadiq olmur və bu xəyanətlə nəticələnir. Həqiqətən də aldadılmamaq üçün bir qayda və ya onun qarşısını almaq üçün hər hansı bir vasitə yoxdur. Əgər qarşı tərəf aldadacaqsa, digər tərəfin necə bir insan olduğunun heç bir mənası yoxdur,məşhur və ya sadə bir insan...

Xarici mətbuat orqanlarından olan "line" saytı aldadılan ən gözəl 10 qadını seçib. Nə qədər gözəl, məşhur və hər kəsin həsəd apardığı qadınlar olsalar belə onlar da aldadıldı. AzNews.az saytı həmin 10 qadının adları qeyd olunan siyahını sizlərə təqdim edir:

1.Elin Nordegren – Həyat yoldaşı Tiger Vuds onu 11-dən çox qadınla aldadıb.

2.Jennifer Aniston – Məşhur, gözəl və çox varlı bir qadın olmasına baxmayaraq, aşiq olduğu Bred Pit onu Ancelina Coli ilə aldadıb. Bir müddətdən sonra Bred Pit onu tərk edərək öz sevgilisinin yanına gedib.

3.Denise Richards – Həyat yoldaşı Carli Şin ona bir çox həyat qadınları ilə xəyanət edib.

4.Halle Berri - Eks- həyat yoldaşı Erik Benet məşhur ulduzu başqa qadınlarla aldatdığını özü etiraf edib.

5.Sienna Miller – Nişanlısı Cude Lay onu uşaqlarının dayəsi ilə aldadıb.

6.Jennifer Lopez – Eks– həyat yoldaşı Ben Aflek dünya ulduzuna striptizçi bir qadınla xəyanət edib.

7.Uma Thurman- Bu gözəl xanımı da boşandığı həyat yoldaşı uşaqlarının dayəsi ilə aldadıb.

8.Reese Witherspoon – Oskar mükafatçısının sahibi olan bu ulduz əri Ryan Filips tərəfindən aldadılıb.

9.Julia Roberts – Məşhur ulduzlardan olan bu xanım nişanlısı Kiefer suterlandın onu aldatdığını bildikdən sonra, nişanlısı tərk edib.

10.Brandi Glanville – Məşhur aktyor Edie Cibrian xanımı Qlanvileni aktrisa LeeAnn Rimesə görə tərk edib.

Xəyalə Məmmədova
AzNews.az
image description image description image description image description image description image description image description image description image description
Bağla X