- Köhnə - Dünya
- 26 İyun 2013 11:13
- 1 932
Çin uyğur türklərini atəşə tutdu: 27 ölü
"Xinhua" agentliyinin məlumatına görə, soyuq silahlarla silahlanan bir qrup insan polis bölməsinə hücum edib. Bir neçə polis maşınını yandıran şəxslərə müdaxilə edən 9 polis əməkdaşı və 8 mülki şəxs həlak olub. Polis aksiyanı dağıtmaq üçün odlu silahdan istifadə edib. Nəticədə daha 10 nəfər həlak olub. Maraqlıdır ki, hadisənin səbəbləri barədə Çin mətbuatı heç bir məılumat vermir.
Çin mənbələrini sadəcə onu bildirir ki, Sinzyan-Uyğur bölgəsində Şərqi Türkistan İslam Hərəkatı fəaliyyət göstərir. Rəsmi Pekin bu təşkilatı terrorçu təşkilatlar sırasına aid etsə də, hərəkat uyğur türlərinin müstəqilliyi uğrunda mübarizə apardığını bildirir.
Elnarə
AzNews.az