10:29
(077) 610-22-33

Braziliyadan sonra növbə Çili və Perudadır - Aksiyalar

  • >
330 27 İyun 2013 14:49 | Dünya

Braziliyada keçirilən aksiyalar Çili və Peruda da etirazların yenidən alovlanmasına səbəb olub.

Çilinin paytaxtı Santyaqoda iki gündür qazan və tavalarla küçələrə çıxan nümayişçilər ölkənin misdən əldə etdiyi gəlirin ədalətli şəkildə bölüşdürülməsini, təhsildə islahatlar aparılmasını, varlılardan daha çox vergi alınmasını tələb ediblər.

İddialara görə, polislə üzü maskalı kiçik bir qrup nümayişçi arasında toqquşma olub. Tələbələr isə 24 saatlıq müddətə dərsləri boykot ediblər.

Peruda isə məmurlar etiraz edir. Səhiyyə xidmətlərinin özəlləşdirilməsinə qarşı çıxan nümayişçilər iş şərtlərinin yaxşılaşdırılmasını istəyiblər.

Peru polisi bəzi nümayişçiləri həbs edib.

Qeyd edək ki, Çilidəki aksiyalar uzun müddətdir davam edir.

Elvin Can Turan
AzNews.az
Bağla X