04:58
(077) 610-22-33

Fələstin Obamanı qınadı

  • >
739 1 Avqust 2012 08:50 | Dünya

Bu addım ABŞ prezidentinin maskanı düşürdü


Barak Obama İsrailə əsgəri yardım etmək haqqında fərman imzaladı. AzNews.az-ın haber365.com-a istinadən verdiyi məlumata görə, Qəzzadakı Fələstin Hökuməti Obamanı bölgədəki vəziyyəti qızışdırmaqda ittiham edərək, onu qınayıb. Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasında "Bu addım İslam dünyasında sülhü dəstəkləyəcəyini iddia edən ABŞ prezidentinin maskanı düşürdü " fikirləri yer alıb. ABŞ-ın və İsrailin bu siyasətinə qarşı ərəb ölkələrinin ortaq siyasət yürütməsini zəruri hesab edən Fələstin Xarici İşlər Nazirliyi ərəb ölkələrinə Fələstin xalqına yönəlmiş bu cür qərarlara ciddi münasibət bildirilməsini tələb edib.

VasifAzNews.az

Bağla X