19:11
(077) 610-22-33

5 qızını zorlayan ata sərbəst buraxıldı

  • >
716 12 Noyabr 2013 15:34 | Dünya


İstanbulun Zeytinburun bölgəsində qızlarını zorlayan ata sərbəst buraxılıb.

AzNews.az Türkiyənin "Radikal" qəzetinə istinadən xəbər verir ki, 5 qızın ataları tərəfindən təcavüzə uğraması iddiası üzrə istintaq aparılıb. Hadisə 11 yaşlı B.-nin vəziyyəti bacısı və xalalarına danışması nəticəsində ortaya çıxıb. Hadisə ilə bağlı qızın 37 yaşlı bacısı A.Y izahat verərkən başqa xoşagəlməz məqamlar ortaya çıxıb.

Digər bacılarının ifadəsini təsdiqləyən A.Y. atasının onu da dəfələrlə cinsi istismar etdiyini, döydüyünü, anasını öldürməklə təhdid etdiyini və bunun iki ay davam etdiyini bildirib.

O, atasının təcavüz və istismarından xilas olmaq üçün bibisi oğlu ilə evlənmək məcburiyyətində qalıb. Ata M.Y ilə eyni evdə yaşayan 11 və 13 yaşlı qızları, həmçinin atanın ilk həyat yoldaşından olan daha iki qızı da ataları tərəfindən təcavüzə məruz qaldıqlarını, qızlardan birinin intihara əl atdığını, 11 və 13 yaşlı qızların isə psixoloji sarsıntı keçirdiyi bildirilib.

Qızlarının şikayəti ilə həbs olunan ata, daha sonra məhkəməyə qədər sərbəst buraxılıb. Onun qızlarına yaxınlaşmasına qadağa qoyulub.

Elman
AzNews.az
Bağla X