23:25
(077) 610-22-33

Kabildə terror: 6 nəfər öldü

  • >
679 16 Noyabr 2013 22:33 | Dünya

Əfqanıstanın paytaxtı Kabildə terror hadisəsi törədilib.

ANS PRESS-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayıcı maddələr yüklənmiş avtomobilin ölümə məhkum olunmuş dustaqların saxlandığı düşərgənin yanında partlaması nəticəsində 4 mülki vətəndaş, 1 hərbçi və 1 polis həlak olub, 20 nəfər də yaralanıb.

Kabil polisinin yaydığı xəbərdə bildirilir ki, ölüm düşərgəsinin yaxınlığındakı mənzil-qərargahda gələn həftə Əfqanıstan və Amerika hökumətləri arasında "Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" razılaşmanın müzakirəsi aparılacaq. Ehtimal olunur ki, bu terror hadisəsi müzakirələrin qarşısını almaq məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, 2014-cü ilin sonuna qədər Amerika hərbi kontingenti 10 min hərbçi saxlayaraq, Əfqanıstanı tərk etmək niyyətindədir.

AzNews.az
Bağla X