15:05
(077) 610-22-33

Əsəd qüvvələri Aleppo şəhərində qələbə çaldı

  • >
720 8 Avqust 2012 15:24 | Dünya

Azı 61 mülki şəxsin öldürüldüyü bildirlir


Suriya hökumət qüvvələri Aleppo şəhərində nəzarəti ələ keçiriblər. Verilən məlumata görə, döyüşlər zamanı ağır hərbi texnikadan istifadə edilib. AzNews.az Newsru.com saytına istinadən xəbər verir ki, hökumət qüvvələrinin ağır texnika ilə şəhərə daxil olması mülki vətəndaşların ölümü ilə nəticələndiyindən hüquq müdafiçiləri artıq bəyanatlar verməyə başlayıb. İlk bəyanat "Amnesty İnternatioal" – dan gəlib. Adı keçən təşkilatın nümayəndəsi Kristof Ketl bildirib ki, "çoxsaylı sakinləri olan şəhərə ağır texnikanın yeridilməsi mülki əhali arasında böyük itkilərə səbəb olacaq və buna görə indiki hakimiyyət məsuliyyət daşıyır".

Müstəqil Hüquq müdafiəçilərinin məlumatına görə bu günkü əməliyyatlar zamanı Aleppo şəhərində ən azı 61 mülki şəxs öldürülüb.

Qeyd edək ki, müxaliflər Aleppo şəhərində Əsəd qüvvələrinə məğlub olduqlarını etiraf ediblər və bildiriblər ki, qeyri bərabər silahlı toquşmalarda geri çəkilmək məcburiyyətində qalıblar.


Sadiq

AzNews.az


Bağla X