19:03
(077) 610-22-33

Aeroportda saxlanılan ABŞ vətəndaşı azadlıqda- Foto

  • >
586 7 Dekabr 2013 14:37 | Dünya

Şimali Koreya rəhbərliyi Pxenyan aeroportunda saxladığı 85 yaşlı ABŞ vətəndaşı Merill Nyumanı azad edib.

Rəsmi Vaşinqton Şimali Koreyanın bu addımını alqışlayıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib ki, biz Nyumanın ailəsi ilə qovuşması üçün Şimali Koreyadan ayrıldığına görə çox sevinirik.

Mari Harf öz açıqlamasında, həmçinin İsveçin Şimali Koreyada fəaliyyət göstərən səfirliyinə göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Bildirək ki, Merill Nyuman artıq Pxenyandan təyyarə ilə Pekinə gəlib. Koreya Xalq Demokratik Respublikasının mediası yazır ki, Nyuman 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı Şimali Koreyanın mülki vətəndaşlarını öldürdüyünə görə rəsmən üzr istəyib. Onun buraxılmasında yaşlı olması və sağlamlıq durumu da nəzərə alınıb.(anspress)
Bağla X