12:23
(077) 610-22-33

Suriyanın vitse-prezidenti ev dustağı edildi

  • >
1 035 13 Avqust 2012 16:51 | Dünya

Onun qaçacağı ehtimalı var


Suriyanın vitse- prezidenti Farux Əş-Şara ev dustağı edilib. Buna səbəb onun ölkədən qaça biləcəyidir. AzNews.az vesti.ru saytına istinadən xəbər verir ki, vitse-prezidentin ətraf aləmlə, o cümlədən müxalifətlə əlaqəsinə tamamilə qadağa qoyulub.

"Müsəlman qardaşları" hərəkatının baş katibi Məhəmməd Riyad Əş-Şakfa vitse- prezidentin ev dustağı edilməsi ilə bağlı bəyanat verib və bildirib ki, "müxalifət onunla əlaqə yaratmır, çünki onunla əlaqə yaradılması vitse-prezidentin həyatını təhlükə altında qoya bilər".

Qeyd edək ki, bundan əvvəl Xüms əyalətinin polis rəisinin müavini general İbrahim Əl-Cabavi İordaniyaya qaçmışdı. Ehtimal edilir ki, o da müxalifətə qoşulub.

Sadiq
AzNews.az
Bağla X