08:00
(077) 610-22-33

Suriya üzərində uçuşa qadağan zona yaradılır

  • >
671 14 Avqust 2012 07:53 | Dünya


ABŞ Əsəd rejiminə təzyiqin bütün variantlarını nəzərdən keçirir və Suriya üzərində uçuşa qadağan zonasının yaradılmasını istisna etmir.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib. APA-nın məlumatına görə, bir neçə gün öncə Suriya müxalifəti ölkənin Türkiyə və İordaniya ilə sərhədində uçuşa qadağan zonasının yaradılması barədə beynəlxalq birliyə müraciət etmişdi.

Uçuşa qadağan zonası ötən il Liviya münaqişəsində elan edilmişdi və bu məqam sonradan NATO qoşunlarının münaqişəyə birbaşa müdaxilə etmələri üçün formal səbəb olmuşdu.


AzNews.az

Bağla X