16:49
(077) 610-22-33

Barak Obamadan İranı məmnun edən AÇIQLAMA

  • >
494 13 Yanvar 2014 09:26 | Dünya


Ağ ev İran və "5+1" ölkələri arasında nüvə çalışmasına dair imzalanan anlaşmanın yanvarın 20-də qüvvəyə minəcəyini açıqlayıb.


Bununla bağlı prezident Barak Obama yazılı açıqlama yayaraq xəbəri məmnuniyyətlə qarşıladığını bildirib.

Prezident qeyd edib ki, İranın razılaşdığı məqamlar bu ölkənin nüvə silahına sahib olmasının qarşıını almaq üçün vasitə olacaq.

B.Obama vurğulayıb ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə sanksiyaların artırılması istiqamətində fəaliyyət davam etdiriləcək.

Bununla yanaşı Obama müzakirələrin bu mərhələsində yeni sanksiyaların tətbiqinin müzakirələr üçün risq ola biləcəyini bildirib.

Buna görə də müzakirələr zamanı yeni sanksiyalarla bağlı hər hansı qanuna veto qoyacağını da açıqlayıb: "Hədəfimizə çatmağın çox çətin olduğunu anlayıram. Ancaq dünyanın təhlükəsizliyi üçün diplomatiyaya şans verməyin zamanıdır".

Elnarə
AzNews.az
Bağla X