Ukraynada ara qarışdı: 3 ölü - VİDEO

Ukraynada hökümət qüvvələri barrikadaları və küçələrdə insanları dağıtmaq üçün BTR tanklarından istifadə edib. Tanklar əsasən barrikada üçün istifadə olunan yandırılmış avtobusları dağıdırlar.

Hazırda tanklardan qorxmuş insanlar Avropa meydanından çəkilərək "Dinamo" stadionuna doğru istiqamətləniblər. Bütün küçə etirazçıların yandırdıqları şinlərdən qara tüstüyə bürünüb.
Ukraynanın baş prokurorluğu keçirilən etirazlarda 3 nəfərin öldürüldüyünü təsdiqləyib.

Bundan başqa, Hökumət binası qarşısında baş tutan aksiyalardan birində bir qrup fəal ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Qarşıdurma zamanı fəallar polisə "Molotof" kokteyli ataraq onu yandırıblar. Həmkarları tərəfindən söndürülən polis yüngül xəsarət alıb.

V.Yanukoviç etirazçıları danışıqlara səslədi

Ukrayna prezidenti bir daha etirazçılara səslənərək onları danışıqlar masasına oturmağa və qarşıdurmaları dayandırmağa dəvət edib.

Ukrayna prezidenti, Viktor Yanukoviçdur: "Mən qan tökülməsinə, gücdən istifadəyə, düşmənçiliyə və zorakılığa qarşıyam. İnsanlardan evlərinə getmələrini xahiş edirəm. Biz Ukraynada sülhü,stabilliyi bərpa etməliyik"

Dövlət başçısı qarşıdurmalar zamanı insan tələfatından təəssüfləndiyini bildirərək onların ailəsinə baş sağlığı verib.




AzNews.az