00:37
(077) 610-22-33

Ukrayna Ali Radasının növbədənkənar sessiyası çağırılıb

  • >
534 23 Yanvar 2014 19:24 | Dünya

Yanvarın 28-də saat 10:00-da Ukrayna Ali Radasının növbədənkənar sessiyası işə başlayacaq.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb.

Qeyd edək ki, Ali Radanın növbədənkənar sessiyasının çağırılması məsələsi Ukrayna prezidenti Viktor Yanukoviçlə parlamentin spikeri Vladimir Rıbakın bu gün keçirilən görüşündə müzakirə olunub. Spiker prezidentin bu təklifini dəstəkləyib və müxalifətin tələbi ilə hökumətin istefası məsələsinin müzakirə olunacağını istisna etməyib.

Ukrayna müxalifəti eyni zamanda daxili işlər naziri Vitali Zaxarçenkonun istefasını, mitinqlərdə tutulanların buraxılmasını və Maydanın dağıdılmasında iştirak edənlərin cəzalandırılmasını tələb edir.

Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb.



AzNews.az
Bağla X