11:59
(077) 610-22-33

Viktor Yanukoviç: “Yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq”

  • >
974 24 Yanvar 2014 18:58 | Dünya

Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə zorakılığı dayandırmaq üçün əlindən gələni edəcəyini deyib.

APA-nın "İnterfaks-Ukraina" agentliyinə istinadən verdiyi məlumata görə, V. Yanukoviç kilsələrin təmsilçiləri ilə görüşündə bildirib ki, əgər yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq. O, Ali Radanın yanvarın 28-də keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişəcəyini açıqlayıb: "Bu sessiyada qərar qəbul edəcəyik. Prezident fərman imzalayacaq və biz peşəkar tərkib formalaşdırmaq üçün hökuməti yenidən format edəcəyik".

V. Yanukoviç müxalifətin kəskin etirazlarına və ölkədə qarşıdurmaya səbəb olan 16 yanvar qanunlarına dəyişiklik ediləcəyini də söyləyib: "Ekspertlərimiz bu məsələlərlə məşğuldur və müxalifətlə birlikdə kompromis qərarlar hazırlayacağıq. Biz dəyişikliklərə səs verib, bu problemi ortadan qaldıracağıq".


AzNews.az
Bağla X