08:54
(077) 610-22-33

BMT baş katibi Əhmədinejada yerini göstərdi

  • >
742 18 Avqust 2012 09:10 | Dünya

BMT-nin baş katibi Pan Gi Mun İran prezidenti Mahmud Əhmədinejadı və İranın Ali dini rəhbəri Ayətullah Xamaneyini İsrail əleyhinə səsləndirdikləri fikirlərə görə, sərt tənqid edib.

AzNews.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, BMT baş katibinin yaydığı rəsmi bəyanatda, İran rəhbərlərinin, başda dini lider Xamaneyi və prezident Əhmədinejad olmaqla İsrail əleyhinə verdikləri hədələyici bəyanatlardan narahatlığını ifadə edib.

İran prezidenti ötən gün İsrail əleyhinə sərt bəyanatlarla çıxış edib. O, İsrailin sionist rejimini Yaxın Şərqin "xərçəng şişi" adlandırıb. Bəyanatlarında Əhmədinejad region dövlətlərinin yaxın bir zamanda Fələstin torpaqlarını işğal altında saxlayanları bölgədən silib atacaqlarını, sionistlərlərsiz və amerikalılarsız bir Yaxın Şərqdə yaşanacağını vurğulamışdı.

Aygün
AzNews.az

Bağla X