03:30
(077) 610-22-33

Qəddafinin oğlu məhkəməyə çıxarılır

  • >
769 23 Avqust 2012 15:48 | Dünya

Liviyanın keçmiş lideri Qədafinin oğlu Seyf al-İslamın məhkəməsi sentyabrda Zintan şəhərində keçiriləcək. AzNews.az-ın "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Liviyanın baş prokurorluğunun rəsmi nümayəndəsi Taha Naccer Baara verib.

Onun sözlərinə görə, Prokurorluqda yaradılan istintaq qrupu artıq Qəddafinin oğlu ilə əlaqədar başlanan cinayət işini yekunlaşdırıb. İstintaq qrupu Qəddafinin oğluna qarşı irəli sürüləcək ittihamları da müəyyənləşdirib. İttihamları isə baş prokuror özü məhkəmə günü müəyyən edilməzdən əvvəl elan edəcək.

40 yaşlı Seyf Əl-İslamın məhkəməsi keçiriləcək şəhər Tripolodən 170 km cənub-qərbdə yerləşir. Rpokurorluq rəsmisinin səzlərinə görə, məhkəmə prosesinin mətbuata açıqlığını təmin etmək üçün məhkəmə binasında bütün zəruri avadanlıqların quraşdırılması mümkündür.

Məlumat üçün bildirək ki, Qəddafinin oğlu ötən ilin noyabrında ölkədən qaçmaq istəyərkən Liviyanın cənubunda həbs edilib. Liviya hakimiyyəti onu koppursiyada və hərbi cinayətlərdə ittiham edir. Beynəlxalq məhkəmə isə öz növbəsində Seyf əl-İslamı insanlığa qarşı cinayətlərdə suçlayır.

Kəmalə
AzNews.az

Bağla X