10:22
(077) 610-22-33

Merkel: “Putin hazırda başqa dünyada yaşayır”

  • >
1 794 3 Mart 2014 12:43 | Dünya


Almaniyanın Federal Konsleri Anqela Merkel ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb.

AzNews.az-ın "The New York Times"a istinadən verdiyi məlumata görə, söhbət zamanı A. Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqda məlumat verib və Ukrayna-Rusiya münasibətlərinin normallaşma imkanlarını müzakirə ediblər.

A.Merkel ABŞ prezidentinə deyib ki, V. Putin hazırda başqa dünyada yaşayır. Qəzet "Ağ ev"dəki mənbəsinə istinadən yazır ki, B. Obama hazırda ABŞ parlamentinin üzvlərinin sərt təzyiqi ilə üzləşib: "Senatorlar Obamadan tələb edirlər ki, Ukraynanın müdafiəsi və "Putin Rusiyası"na qarşı halqanın kiçildilməsi məqsədilə əməli addımlar atsın".

Qeyd edək ki, ötən gün Anqela Merkel Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı A. Merkel V. Putindən Ukraynaya qarşı sərt addımlardan çəkinməyə çağırıb. Sonda isə Putin Krıma birgə monitorinq qrupunun göndərilməsinə dair razılıq əldə edilib.

Məhəmməd
AzNews.az
Bağla X