17:44
(077) 610-22-33

ABŞ və AB Rusiyaya qarşı sanksiyaları müzakirə edir

  • >
729 3 Mart 2014 22:39 | Dünya

Avropa Birliyinə üzv olan ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sansiyalara baxmaq barədə qərar qəbul ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters-ə Polşanın xarici işlər naziri Radoslav Sikorski verib.

Diplomatlar bu qərarı Brüsseldə Avropa Birliyinin xarici işlər şurasının növbədənkənar iclasında qəbul ediblər. İclas Ukraynadakı hadisələrə həsr olunmuşdu.

"Avropa Birliyi Rusiyadan təkcə Krımdakı münaqişəni yumşaltmağı xahiş etməyib, həm də xəbərdarlıq edib ki, Rusiya bunu etməsə, sanksiyaların tətbiqi müzakirə olunacaq", - Radoslav Sikorski bildirib.

Qeyd edək ki, ABŞ da Rusiyaya qarşı sanksiyaları müzakirə edir. Bunu jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib. "Biz yalnız sanksiyaları müzakirə etmirik. Yəqin ki, onları tətbiq edəcəyik", - Dövlət Departamentinin rəsmimi əlavə edib.

AzNews.az
Bağla X