05:21
(077) 610-22-33

Ukrayna DİN: “Qanlı toqquşmalarda Ukrayna xaricindəki üçüncü qüvvə iştirak edib”

  • >
673 4 Mart 2014 18:23 | Dünya

Kiyevdə qanlı təxribatlara Ukrayna xaricindəki üçüncü qüvvə təhrik edib.

APA-nın "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Xarkov vilayətində səfərdə olan Ukraynanın daxili işlər naziri Arsen Avakov çıxış edib.

"Vaxt gələcək və biz kimin, nə vaxt və kimin göstərişi ilə atəş açdığını açıqlayacağıq. İndi təkcə onu deyə bilərəm ki, ölkəni şoka salan Kiyev hadisələrində əsas rol üçüncü qüvvə oynayıb. Bu, Ukrayna güvvəsi olmayıb", - deyə o vurğulayıb.

A.Avakov qeyd edib ki, hazırda ölkənin şimal-şərq bölgələrində vəziyyətin gərginləşdirilməsi məqsədi ilə eyni ssenari əsasında cəhdlər olunur.

Daxili işlər naziri həmçinin bildirib ki, Rusiya ilə sərhəddə ciddi nəzarət tətbiq olunacaq. Məqsəd qonşu ölkədən təxribatçı qrupların gəlməsinin qarşısını almaqdır.


AzNews.az
Bağla X