06:36
(077) 610-22-33

Rus və Ukrayna hərbçiləri arasında silahlı insident - Video

  • >
1 717 4 Mart 2014 20:38 | Dünya

Sevastopolun Bəlbək Hava aerodromu yakınlığında Ukrayna əsgərləri ilə Rusiya əsgərləri arasında silahlı insident baş verib.

"Axar.az" xəbər verir ki, təxminən 300 Ukrayna əsgəri Sevastopolda yerləşən hava aerodromuna doğru irəliləyərkən rusiyalı əsgərlər xəbərdarlıq atəşi açaraq, ukraynalı əsgərlərin geri çəkilməsini tələb ediblər. Ancaq Ukrayna əsgərlərinin rusların xəbərdarlıq atəşinə baxmayaraq irəliləməsi, rusları daha da şiddətləndirib. Belə ki, onlar "Əgər dayanmasanız vuracağıq sizi", - deyiblər. İki qrup arasında qarşıdurma davam edərkən videgörüntülər kəsilib. Əldə olunan məlumata görə, əsgərlərin həyat yoldaşları və anaları iki ordunun arasına girərək qan tökülməsinin qarşısını alıblar.




AzNews.az
Bağla X