19:18
(077) 610-22-33

Taliban ABŞ-a şərt qoydu

  • >
578 27 Avqust 2012 08:04 | Dünya

Həbs olunan Taliban üzvləri azad olunarsa onlar danışıqlar masasına əyləşə bilərlər

Taliban ABŞ-la danışıqlar masasına əyləşməyin şərtlərini açıqlayıb. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, Taliban hərbi qruplaşmasının təmsilçisi Soxail Şahin bildirib ki, ABŞ Talibanın Qətərin Doha şəhərində və digər şəhərlərdə açıq nümayəndəliklərinin saxlanmasına təminat verərsə və bu ölkənin həbsxanalarında saxlanılan 5 yüksək rütbəli talibi azad edərsə onlar danışıqlara masasında əyləşə bilərlər.

O, həmçinin əlavə edib ki, danışıqların aparılmasına hazırda ən böyük maneə ABŞ-ın saxlanılanları azad etməkdən imtina etməsidir.
Şahin ABŞ-ı təhdid etməkdən də çəkinməyərək bildirib ki, əgər Obama məhbusları azad etməkdən imtina etsə, bu bizim tərəfimizdən hərbi əməliyyatları davam etdirmək istəyi kimi qiymətləndiriləcək və aydın olacaq ki, ABŞ əslində problemin dialoq yolu ilə həlində maraqlı deyil. Şahin ABŞ-ın iddialarını da cavablandırıb və bildirib ki, "ABŞ bizi "Əl-Qaidə" ilə əməkdaşlıqda ittiham edir və əlaqələri dayandırmamızı istəyir. Bizim "Əl-Qaidə" ilə heç bir əlaqəmiz yoxdur və onların bir üzvü belə Əfqanıstanda sığınmayıb".

Qeyd edək ki, tərəflər arasında danışıqlar bu ilin martında dayandırılıb. Talibanın iddiasına görə buna səbəb Amerkanların həqiqi danışıqlarla yox, vaxt itirməklə məşğul olmalarıdır.

Sadiq
AzNews.az
Bağla X