13:13
(077) 610-22-33

Dünyanı aclıq təhlükəsi gözləyir - BMT - nin hesabatı

  • >
1 080 31 Mart 2014 22:00 | Dünya

BMT-nin qlobal iqlim dəyişiklikləri ilə bağlı hazırladığı hesabatı şok effekt yaradıb.

ANS PRESS-in məlumatına görə, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun Yaponiyada keçirilən iclasında təqdim olunan sənəddə göstərilir ki, iqlim dəyişikliyi elmi cəhətdən sübut olunub.

Sənəddə iqlim dəyişikliyinin artıq bütün qitələrdə, dünya okeanındakı ekosistemlərə təsir göstərdiyi göstərilir. Həmçinin insanların yaşayışında da iqlim dəyişikliyi sözünü deyir.

Belə ki, havanın temperaturunun 2 selsi artması halında, unikal ekosistemlər, məsələn Arktikada dəniz buzu, yaxud daha isti dənizlərdə mərcan rifləri ciddi təhlükəyə uğraya bilər. Həmçinin temperaturun artması okeanların oksidləşməsinə səbəb olacaq ki, bu isə mərcanlar və balıqlar üçün təhlükə yaradır.

İqlimin dəyişməsi həmçinin insanların yaşayış tərzinə ciddi təsir edə bilər.

Ən əsas problemlərdən biri ərzaq təhlükəsizliyi ola bilər. Bəzi proqnozlara görə, 2050-ci ildə qarğıdalı, düyü və buğda məhsullarının 25 faizədək azalacağı gözlənilir.

2050-ci ildən sonra Yer üzündə əhalinin sayının 9 milyarda çatacağı halda, taxıl məhsullarının bundan da çox azalacağı ehtimal olunur.

Bir çox balıq növləri şimal sularına köçəcək, bu isə tropik regionların sakinlərinin ərzaq təhlükəsizliyində əksini tapacaq.

Bir çox yaşayış regionlarında sellər intensivləşəcək, isti havalar ölüm hallarının sayı artıracaq.

İqlim dəyişikliyindən əsasən yoxsul ölkələr zərər çəkəcək, lakin daşqınlar və quraqlıq riskinin artması səbəbindən inkişaf etmiş ölkələrdə ciddi ziyan görəcək.


AzNews.az
Bağla X