“Soyqırım” sənədi hər iki palataya təqdim edilib

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes və senator Mark Kirk bu gün uydurma "erməni soyqırımı" məsələsinin tanınmasını nəzərdə tutan qətnamə layihəsini rəsmən dövriyyəyə buraxıblar.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, layihə həm Senata, həm də Nümayəndələr Palatasına təqdim edilib.

Qanun layihəsinin həmmüəllifləri senatorlar Barbara Bokser və Ed Markindir. Onlar ABŞ və NATO-nun uydurma "genosidi" tanıyan ölkələr və təşkilatların cərgəsinə qoşulmasının vacibliyini bəyan ediblər.(Musavat.com)