MIQ-23 qırıcı təyyarəsinin vurulduğu iddia olunur MIQ-23 qırıcı təyyarəsinin vurulduğu iddia olunur

Əsədin qırıcı təyyarəsini də vurdular

MIQ-23 qırıcı təyyarəsinin vurulduğu iddia olunur



Suriya silahlı müxalifəti hökumət qüvvələrinə məxsus qırıcı təyyarəni vurub. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, MİQ-23 qırıcı təyyarəsi İdlib əyalətinin Daxabiya şəhərində vurulub.

Bununla belə, faktı təsdiq edən görüntülər kütləvi informasiya vasitələrinə təqdim edilməyib. Sadəcə bir nəfərin paraşütlə yerə enməsi ilə bağlı kadrlar ərəb televizyalarında yayımlanıb.
Xatırladaq ki, bundan əvvəl silahlı Suriya müxalifəti bir helikopter və bir təyyarənin vurulması ilə bağlı video görüntülər yayımlamışdı.

Sadiq
AzNews.az